23/09/2020 15:58
728 x 90

Ermənistan səhiyyəsinin koronavirus qarşısında dünyada analoqsuz çöküşü...

img

Koronavirus pandemiyası ilə bağlı bütün dünya ölkələri öz güclərini səfərbər edib. Bu mübarizə çərçivəsində bəzi ölkələrdəki neqativliklər özünü daha aydın şəkildə biruzə verir. Bu sahədə Ermənistandakı vəziyyətin çox acınacaqlı olduğuna dair faktlar ortaya çıxır. Hakimiyyət bir çox ölkələrdən Ermənistana qayıdan vətəndaşlarını yerləşdirmək üçün karantin rejimini tətbiq etməkdə aciz qalıb. Hətta pandemiyanın düşmən ordusunda da geniş yayıldığına dair faktlar var.  Ermənistan eyni zamanda tibb işçiləri sarıdan da ciddi əziyyət çəkir. Ölkənin səhiyyə naziri bununla bağlı həyəcanını ifadə edib. Nazir Arsen Torasyan koronavirusla mübarizə üçün əlavə tibb işçilərinin cəlbinə ehtiyacın olduğunu deyib. Ermənistanda adi tibbi personalın belə koronavirusla mübarizə üçün kifayət etməməsi həmin ölkədəki vəziyyətin daha acınacaqlı məcraya yönəldiyinin göstəricisi sayıla bilərmi?

Hatəm Cabbarl:“Bu göstərir ki, Ermənistandakı hakimiyyət koronavirusun geniş yayılmasının qarşısında acizdir”

 

iyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada geniş şəkildə yayılan koronavirus pandemiyasının Ermənistandan da yan keçmədiyi faktdır:“3 aprel məlumatına görə, hazırda Ermənistanda 736 yoluxduğu təsdiq olunmuş xəstə var. Ermənistanda həmin xəstələrə kömək göztərməyə çalışırlar. Amma ortaya çıxan fakt budur ki, tibb işçilərinin yetərsizliyi Ermənistan hakimiyyətini ciddi problemlərlə üz-üzə qoyub. Vəziyyət o dərəcədə ciddidir ki, Ermənistanın səhiyyə naziri Torosyan bunu açıq şəkildə etiraf edib. Hətta təqaüddə olan tibb işçilərinin prosesə cəlb olunmaqlarının zəruriliyini deyib. Bu göstərir ki, Ermənistandakı hakimiyyət koronavirusun geniş yayılmasının qarşısında acizdir. Əsas səbəbləri həmin ölkənin maliyyə gücünün zəifliyi ilə bağlıdır. Buna görə də həmin ölkədə səhiyyə inkişafdan kənar qalıb. Eyni zamanda əhali arasında mərkəzi hakimiyyətə inamsızlıq var. Nə qədər karantin qaydalarına əməl etməklə bağlı çağrışlar edilsə də, insanlar, xüsusilə də əyalətlərdə kütləvi şəkildə küçələrə çıxır. Məhz buna görədir ki, artıq Ermənistan digər ölkələrdən həm texniki, həm də maliyyə yardımı istəyir. Nikol Paşinyan televiziya çıxışında əhalini sakitləşdirməyə çalışsa da, hökumətin acizliyi yavaş-yavaş ortaya çıxır. Ermənistanın belə vəziyyətə düşməsinin bir səbəbi də ölkə rəhbərliyinin yürütdüyü işğalçı siyasətlə bağlıdır. Bunun nəticəsində ölkə blokadaya düşüb, iqtisadi gücü tam sarsılıb. Güman etmək olar ki, Ermənistanda yaxın günlərdə vəziyyət daha da pisləşə bilər. Yəqin ki, yaranmış vəziyyətlə bağlı Ermənistan Rusiya və Avropa Birliyindən kömək istəyəcək”.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər