26/05/2020 00:05
728 x 90

Türkiyəli müşavir “soyqırıma görə erməni qatilləri lənətləyirik” dedi...

Hüseyn Altunalan:"Ölkələrimizin müstəqilliyi üçün canını verən atalarımızı hörmətlə anırıq"

img

1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik.

Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altunalan 31 Mart qırğınının ildömünüdə bildirib.

H.Altunalan xatırladıb ki, bu soyqırımı nəticəsində minlərlə azərbaycanlı, o cümlədən qoca, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib, ölkənin müxtəlif bölgələrində yüzlərlə kənd yer üzündən silinib.

”Bu qırğınlar təkcə Bakıda qeydə alınmayıb, Şamaxı, Quba, Qarabağ, Naxçıvam kimi bir çox şəhər və bölgəni əhatə edib. Mart ayında başlayan bu soyqırımı Osmanlı dövlətinin hərb naziri Ənvər paşanın təlimatı ilə qurulan Qafqaz İslam Ordusunun Azərbaycana gələrək ölkəni erməni dəstələrindən xilas etməsi ilə başa çatıb”- deyən müşavir bildirib ki, bu müddət ərzində Qafqaz İslam Ordusu çox sayda şəhid verib:

“20 Yanvar qırğını və Xocalı ilə 31 mart soyqırımları göstərir ki, bir ölkənin müstəqilliyi asan qazanılmır, bunun üçün minlərlə qurban verilir. Müstəqilliyin çox qiymətli olduğunu heç kim unutmamalıdır və bu həqiqət gələcək nəsillərə çatdırmalıdır. Bundan başqa, Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olmasını bütün dünyaya çatdırmalıyıq. Bunları nəzərə alaraq, azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırımında həlak olanlara başsağlığı verir, erməni qatilləri lənətləyirik. Ölkələrimizin müstəqilliyi üçün canını verən atalarımızı dərin hörmətlə anırıq”.

Baki-xeber.com

Son xəbərlər