çərşənbə günü, 14 oktyabr 2026
     

Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi...

Image


Son günlərin qorxulu yuxusu COVID-19 virusu dünyanın kabusuna çevrilib.

Publika.az  saytı belə ağır günlərdə Avropada yaşayan tibb işçilərimizin də təcrübəsini paylaşmaq, həmvətənlərimizi maarifləndirmək üçün informasiya xarakterli müsahibələr edir.

Saytın bugünkü müsahibi Belçika Niderland Krallığının koordinasiya şurasının üzvü, həkim-terapevt Kəmalə Ceylinovadır.

- Kəmalə xanım, Niderlandda korona təbili nə vaxt çalınmağa başlandı?

- 21 ildir Niderland Krallığında səhiyyə sahəsində çalışdığım üçün ailəmi daha tez təcrid etmək qərarı aldım. Hələ hökumət heç bir qərar çıxarmamışdı. Parlamentdə debatlar gedirdi. Mart ayının 11-dən övladlarımı məktəbə göndərmədim. Ayın 14-dən sonra isə qərar çıxdı ki, bütün məktəb və bağçalar bir müddətlik bağlanacaq. Bu təhlükəyə qədər də yaşlı nəsillə çalışdığım üçün gigiyenik vasitələrdən həmişə istifadə etmişəm. Durumun ciddiliyinin də fərqinə daha tez vardım. Lakin ilk həftələrdə Niderland əhalisi italyanlar kimi karantin sözünü tətillə qarışdırıb, parklara, əyləncə məkanlarına gəzməyə getdilər. Məsələnin kritik olduğunu ciddiyə almırdılar. Hətta burada yaşayan əcnəbilər yerli sakinlərdən daha həssas yanaşırdılar. Lakin ötən həftə hər kəs panikaya düşüb evinə qapandı.

- Səhiyyə işçiləri bu rahatlıqdan məhrumdur. Gündəlik hansı təhlükəsizlik prosedurlarını keçirsiniz?

- Hər səhər işə gedəndə blank doldururuq. Öncə ailə üzvlərimizin sağlıq durumu barədə məlumat veririk. Sonra qızdırmamız ölçülür. Gün ərzində görüşüb, çalışdığımız pasientlərin adlarını qeyd edirik ki, gələcəkdə xəstəlik halı baş verərsə, kimlərlə ünsiyyətdə olduğumuz bilinsin.

- Niderland səhiyyəsinin hazırkı durumu maraqlıdır mənə... Məsələn, profilaktik medikamentlər, yaxud elə türkəçarə üsulları varmı?

- Bizim klinikanın da işçilər daxil olmaqla bütün tibb personalına məktub gəldi ki, hamımız çox çətin dönəmdən keçirik. İnsanlar bizə daha çox ehtiyac duyur. Anlayırıq ki, sizin də ailəniz, övladlarınız var. İşdə olmağı deyil, evdə qalmağı seçərdiniz. Lakin xəstələnənədək evdə qalmaq bizə qadağandır. Çünki 70-80 faiz əhali mütləq bu virusa yoluxacaq. Amma bu o demək deyil ki, hamımız öləcəyik. Statistika da göstərdi ki, körpələr, uşaqlar və gənclər də koronavirusa yoluxurlar. Yaşlı insanların həyati təhlükəsi daha çoxdur. İnsanlardan ilk növbədə izolyasiya və gigiyena qaydalarına riayət etmək tələb olunur. Tez-tez telefonumuza sms gəlir ki, su içməyi unutmayın. Yediyiniz meyvə, tərəvəzi yaxşıca yuyun. Gün ərzində bol C, D, E, K vitaminləri qəbul etmək lazımdır. Limonu rasionunuzdan əskik etməyin. Oxuyuram, insanlar yazırlar ki sarımsaq və sirkə faydalıdır. Əsla sirkə qəbul etməyin, ağız boşluğunuzu yaxalamayın. Çünki sirkə burun-boğaz yolundakı orqanizm üçün faydalı bakteriyaları öldürür. Yüngül və bol vitaminli bəslənmək lazımdır. Ən əsası isə dərmanlardan uzaq durmalıyıq. Müalicə olunan xəstələr də sadəcə vitaminlər qəbul edirlər. Çox şiddətli ağrılarda isə yalnız parasetamol tövsiyə olunur.

- Körpələrin və uşaqların, eləcə də heyvanların COVID-19 virusuna yoluxma faktları qeydə alındı. Niderlanddakı son durum necədir?

- Son 4-5 gündə Niderlandda ölənlərin sayı sürətlə artır. Artıq hər gün 100-dən çox insan dünyasını dəyişir. 9000-dən çox yoluxma faktı qeydə alınıb. Lakin Niderlandda digər Avropa ökələrində olduğu kimi insanlar yoxlanılmır. Ümumi statisikaya görə 40 mindən çox yoluxma halı var. Xüsusən də artıq yaş məhdudiyyəti yoxdur. Yəni yoluxub ölənlər sırf yaşlılar deyil. Bu siyahıda 1 yaşlı körpədən tutmuş, 16, 30 yaş aralığında gənclər var. Bilirsiniz, avropalılar ev heyvanlarını çox sevir. Odur ki, Belçikada aşkarlanan pişik tələfatından sonra insanlar öz heyvanları üçün də qorxmağa başlayıblar.

Qəribədir ki, bu virus haqda hələ məlumat çox azdır. Ona görə xəstəlikdən dünyasını dəyişənlərin cəsədinin daşıyıcı olmaq ehtimalı çoxdur. Sırf bu təhlükəni nəzərə alan hökumət ölənləri doğmalarına göstərmədən xüsusi qəbiristanlıqlarda dəfn edir. Bu günədək Niderlandda 24 uşaq koronavirusa yoluxub. Onlar 0-4 yaş aralığındadırlar. Artıq 10-u xəstəxanada müalicə alır. Təəssüf ki, vəziyyətləri kritikdir. Həmçinin 5-14 yaşlı uşaqlar da var ki, ev şəraitində müalicə alırlar.

- Klinikanız bundan öncə də yaşlılara xidmət göstərirdi. Bizə bu ölkənin səhiyyə sistemi haqqında məlumat verməyinizi istəyirəm.

- Niderlandda belə bir sistem var ki, insanlar çalışdığı müddətdə dövlətə vergi ödədikləri üçün təqaüdə çıxandan sonra bütün tibbi xərclərini sığorta qarşılayır. Bu hətta heç vaxt çalışmayanlara da aiddir. Çünki sığortanı onlar da ödəyirlər. Odur ki, insanlar qocalandan sonra dövlətdən maksimal diqqət və maddi təminat görür. Çalışdığım qurum da yaşlılara xidmət göstərir. Adətən onlarla 3 sistem üzrə işləyirik. Klinikada 24 saat qalan yaşlılar; səhər xüsusi servislə klinikaya gəlib axşam 7-yə qədər orada qalanlar və öz evində yaşayıb, bütün ehtiyacları bizim personal tərəfindən icra olunanlar. Hazırda yaşlıların hamısı evdə qalır, tibbi personaldan başqa heç kimin ziyarətinə izn verilmir. Küçə ilə bütün əlaqələri kəsilib. Xüsusi gigiyenik geyimlərdə evlərinə gedib, bütün ehtiyacları ilə məşğul oluruq. Bir neçəsində test pozitiv çıxdığı üçün klinikada ağır rejimdə müalicə alırlar. Bu günlərdə 69 yaşlı bir qadını klinikaya yerləşdirdik. 4 gündən sonra özünü yaxşı hiss etdiyi üçün evinə geri qaytardıq. Bir sıra yaşlılar isə test nəticələri pozitiv çıxsa da reanimasiyada müalicə görməkdən imtina edirlər və buna haqları da var. Sağala bilməyəcəkləri təqdirdə canlarını evdə tapşırmağa qərar verirlər. Təbii ki, bu qərarda ailənin digər üzvlərinin də razılığı olur. Tanıdığım bir yaşlı ailə var. Qadın 86, həyat yoldaşı isə 96 yaşındadır. Hər ikisinin xroniki xəstəlikləri var. Bizə dedilər ki, yaşadığımızı yaşamışıq. Klinikada gənclərin yerini tutmaq yerinə öz evimizdə müalicə olunaq. Dünyadan köçsək belə, bir-birimizin yanında, öz yatağımızda olaq. Yəni bu qədər müdrik düşünən xalqdır. Buna digər səbəb isə daha firavan ömür sürmələridir.

Sonda üzümü əziz həmvətənlərimə tutmaq istəyirəm. Rica edirəm ki, doğma xalqım da ölkəmizdəki yaşlıları qorusun. Onları izolyasiya edək. Və ümid edirəm ki, bir gün bizim ata-analarımız da niderlandlılar kimi xoşbəxt və qayğısız qocalacaq. Bu virusla mübarizədə isə gigiyena şərtlərinə tam əməl edərək, həmçinin evdə qalaraq qalib çıxacağıq.

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ