26/05/2020 22:18
728 x 90

Azərbaycanda virus epidemiyasına qarşı xüsusi karantin rejiminin yeni mərhələsi başladı...

İlqar Hüseynli:“Koronavirusla bağlı karantin rejiminin tətbiq edilməsi müsbət haldır”

img

“Virusa yoluxma havadan və təmasla olduğuna görə, bu təmasların minimuma endirilməsi baxımından...”

Məlum olduğu kimi, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunur ki, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılır. Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir. Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir. Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılsın, çatdırılma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir. Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir. Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır. O da məlumdur ki, Azərbaycanda virusun yayılmasının qarşısını almaq üçün silsilə tədbirlər görülür. Bütün bunlarla yanaşı, dünyadakı mövcud vəziyyət əlavə tədbirlərin görülməsi zərurətini yaratdı. Bu səbəbdən ölkədə virus epidemiyasına qarşı xüsusi karantin rejiminin yeni mərhələsinə start verildi. Bütövlükdə bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, koronavirusla bağlı karantin rejiminin tətbiq edilməsi müsbət haldır:“Məsələ ondadır ki, bu, dünya səhiyyə sistemində Ümumdünya Səhiyyə Təşkilatının tələbləri daxilində olan bir protokol yanaşmasıdır. Virusa yoluxma havadan və təmasla olduğuna görə, bu təmasların maksimum minimuma endirilməsi baxımından müəyyən qadağaların tətbiq edilməsi doğru yanaşmadır. Giriş-çıxışla bağlı qadağaların tətbiq edilməsi, evdə qal kampaniyasının özü və digər tədbirlərin görülməsi normal haldır. Hesab edirəm ki, dünyadakı mövcud vəziyyət belə addımların atılmasını zərərətə çevirir. Ona görə də vətəndaşlar bunu doğru anlamalıdır. Bu mənada, hər birimiz prosesin məntiqi sonluğunun tezliklə yekunlaşmasında maraqlı olmalıyıq. Vətəndaşlar tətbiq edilən məhdudiyyətlərə hamılıqla əməl etməlidir. Belə olarsa, əlbəttə ki, koronavirusun ölkədə yayılması minimum səviyyəsində olacaq. Ölkə vətəndaşları bu təhlükədən qoruna biləcəklər”. Vidadi ORDAHALLI

Son xəbərlər