26/05/2020 22:38
728 x 90

Virusla mübarizə qaydalarını pozanlara ictimai nəzarət bəzən vətəndaş mübahisələri doğurur - polis bu halda necə davranmlaıdır?

Mehman Muradlı:“Qanunda iradı bildirən üçün heç bir məsuliyyət nəzərdə tutulmur”

img

Ölkədə tətbiq edilən karantin qaydalarının pozulması halları ilə bağlı bəzən maraqlı və mübahisəli vəziyyətlər yaranır. Bir çox ictimai yerlərdə apardığımız müşahidələrdən görürük ki, vətəndaşlarımızın heç də hamısı bu halla bağlı biganəlik nümayiş etdirmir. Bir çox hallarda karantin qaydalarını pozanlara vətəndaşlarımız açıq iradlarını bildirirlər. Məsələn, “niyə maska taxmayıbsan, yaşın 65-i keçib, küçədə nə gəzirsən, çörəklərin hamısına əlini niyə vurursan...” kimi iradların açıq bildirildiyini görürük. Bəzi hallarda ictimai nəzarətin bu formasına tuş gələnlər həmin irdalarla razılaşmır və mübahisələr yaranmış olur. Belə mübahisələrlə bağlı məsələlərin aydınlaşdırılmasına bəzən hansısa tərəfin şikayəti əsasında polis qarışmalı olur. Məntiqi baxımdan, belə mübahisələrin həllində irad tutan şəxs günahkar bilinəcəksə, bu, ictimai nəzarətin zəifləməsinə gətirib çıxaracaq. Çünki növbəti dəfə heç kim qayda pozuntularına iradını bildirməyəcək. Belə hallarla bağlı hüquq-mühafizə orqanları hansı mövqeyi tutmalıdır?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla bağlı qanunvericiliyə də müvafiq dəyişikliklər edilib: “Epidemiyanın yayılmasından sonra bizim Cinayət və İnzibati Xətəlar məcəllələrinə dəyişiklik edildi. Orda bu detallarla bağlı məsuliyyət nəzərdə tutulur. İrad bildirmək normaldır. Bu, ictimai nəzarətin gücləndirilməsi anlamına gəlir. Mənim özüm də irad bildirmişəm. Ancaq buna qarşı da aqressiya görmüşəm. Hesab edirəm ki, belə həssas məqamda polis orqanları yaranmış şikayəti qanunauyğun araşdırmalıdır. Qanunda da iradı bildirən üçün heç bir məsuliyyət nəzərdə tutulmur. Hesab edirəm ki, burada marketlər də işlərinə məsuliyyətli yanaşmalıdır. Açıq satılan malları məhdudlaşdırmalı və ya xüsusi qaydalar müəyyən etməlidir. Hətta bəzi əməllərlə bağlı cərimələr sərtləşməlidir ki, insanların bir çoxunu yüksək cərimə ödəmək qorxusu bundan çəkindirsin. İnsanlar müxtəlifdir, bəziləri tövsiyələrə əməl edir, bəzəilərini isə qanunun gücü ilə buna vadar etmək olar. Bu baxımdan da, qanunvericilik koronavirusla bağlı qaydaları pozanlar üçün məsuliyyət nəzərdə tutur, nəinki ona irad bildirənə”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər