07/08/2020 04:19
728 x 90

Heydər Əliyev Fondunun yaşlılara dəstəyi - koronavirusla mübarizədə daha bir Azərbaycan nümunəsi...

Fatimə Hacıbəyli:“Heydər Əliyev Fondunun yaşlı insanlara dəstək məqsədilə müxtəlif aksiyalar həyata keçirməsi alqışlanmalıdır”

img

“Hazırkı dövrdə koronavirusdan dünyasını dəyişən insanlar arasında yaşlılar daha çoxdur, bu günlərdə həmin qəbildən olan insanların daha çox yardıma və dəstəyə ehtiyacı var”

Məlum olduğu kimi, Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir. Belə ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır. Həmçinin, dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulur. Koronavirusla mübarizədə yaşlılara dəstək olmaq məqsədilə onlara sosial xidmət göstərilməsinin əhəmiyyəti barəsində danışan “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, Heydər Əliyev Fondunun yaşlı insanlara dəstək məqsədilə müxtəlif aksiyalar həyata keçirməsi alqışlanmalıdır:“Bildiyiniz kimi, Azərbaycanda həmişə böyüklərə hörmət, diqqət və qayğı olub. Bu ənənə Azərbaycanda artıq həyat tərzinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı böyüyə hörməti, kiçiyə mərhəməti özünün mənəvi borcu bilir. Bildiyiniz kimi, hazırkı dövrdə koronavirusdan dünyasını dəyişən insanlar arasında yaşlılar daha çoxdur. Bu günlərdə həmin qəbildən olan insanların daha çox yardıma və dəstəyə ehtiyacı var. Hər birimiz gücümüzü səfərbər edərək bu insanları öz qayğımızla əhatə etməliyik".

Günel CƏLİLOVA

Son xəbərlər