çərşənbə günü, 14 oktyabr 2026
     

Koronavirus yalanlarına "qanad taxıb uçuranlar" və ya "sanki başımıza bomba tökülürdü"... - Aydın Quliyev yazır...

Image


Bu gün bütün ölkələrdə bir təlatüm yaşanır. Hamılıqla, dövlət təşkilatları və vətəndaşların vahid tamın hissələri kimi səfərbər olaraq ayaqda dayandığı ölkələr isə azdır. Tək-tək ölkələr vahid qərargahın rəhbərliyi və təşkilatçılığı altında əsl vətən müharibəsi vəziyyətini xatırladan hazırlıq və intensivliklə işləyir. Azərbaycan bu sayaq ölkələrin sırasındadır. Sadəcə sırada deyil, həm də öndədir.

Çox geniş ticarət-iqtisadi münasibətlər və alış-veriş içində olduğumuz Çin kimi ölkədə qorxulu virus ölkəni “yıxıb-sürüdüyü” halda,  Azırbaycanda vəziyyət tam nəzarətdədir, yoluxanların sayı heç bir ölkədə olmayan dərəcədə aşağıdır. Virusun ən sürətlə yayıldığı İran kimi bir öıkə ilə qapıbir qonşuluq və sıx gediş-gəliş içində olsaq da, yenə də virusun yayıla bilməsini tam ram edə bilmişik. Yaxın əməkdaşlıqda olduğumuz  İtaliyada "taclı (korona) kabusla" ölüm-dirim mübarizəsi aparıldığı bir vaxtda Azərbaycan oradan da fəlakətin gəlməsinin yolunu tam kəsə bilib.

 Bunlar elə-belə, öz-özünə əldə olunmuş nəticələr deyil. Çünki Azərbaycanda iş görülür, sistemli tədbirlər həyata keçirilir, təhlükənin real və potensial olaraq gələ bildiyi hər qapı bağlanır, hətta ən kiçik təhlükə mənbəyi belə nəzərdən qaçırılmır. Hökumətin yanlnda Operativ Qərargah yaradılıb. Düşünülmüş hüquqi və maarifçi tədbirlərlə bütün cəmiyyətin gücünün və müqavimətinin bir istiqamətə yönəldilməsi üçün gərəkən hər şey edilir.

 Bu gün ölkəmiz bir müharibə hazırlığı içindədir. Bu müharibə isə heç də torpaqlarımızın qaytarılması uğrunda hazırlaşdığımız müharibədən geri qalmır. Yəni koronavirusla müharibə qəti şəkildə Ermənistan dövləti ilə müharibədən fərqli deyil. Əslində koronavirusla yüz illərdi dünyanı dərdə salmış erməni separatizm virusu arasında elə bir fərq də yoxdur. Bax, buna görə də koronavirusla mübarizədə bütün cəmiyyəti və dövlətimizin gücünü birləşdirməyin elə bir həddinə nail olmalıyıq ki, günlərin birində erməni “virusuna” qarşı da əsl Vətən müharibəsinə başlamalı olsaq, bu təcrübə ona da asanlıqla qalib gəlmənin yolunu bizə göstərsin.

Azərbaycanın antivirus tədbirlərinin Dünya Səhiyyə Təşkilatı tərəfindən ilk günlərdən başlayaraq diqqətlə izlənməsi və yüksək qiymətləndirilməsi o deməkdir ki, beynəlxalq dairələr bu kiçik ölkənin bəşəri dəyərlər naminə nə qədər məsuliyyətli davrandığını və bu ölkədən çox şey gözlədiyini hamıya göstərmək istəyir .

  Azərbaycanda virusa yoluxma səviyyəsinin hətta super güc ölkələrindən - böyük 7-lərdən, böyük 20-lərdən qat-qat yaxşı vəziyyətdə olması danılmaz faktdır, əslində hər kəsin qürur duya biləcəyi bir nailiyyətdir. Bu nailiyyət dəbdəbəli ev deyil ki, desinlər bundan mənə nə?! Lüks bir avtomobil, hamının həsəd apardığı bir biznes imperiyası da deyil ki, faydası kimsə tək adamlara, ya hansısa qohum-əqraba çevrəsinə dəysin. Koronavirusla əsl müharibədə bu gün dayandığımız nisbətən ən yaxşı səviyyə elə bir sərtdir ki, kasıb, varlı, qadın, kişi, müsəlman, xristian deyə fərq qoyulmadan hamımız eyni dərəcədə bəhrə götürə bilirik. Bəhrəmizin nə olduğunu bilirsinizmi? Bəhrəmiz odur ki, bu xəstəlik bütün ölkə boyu yayılmaq imkanına artıq malik deyil, əziz adamlarımız, bacı-qardaşlarımız ona tutularaq bizdən hardasa əlimizin çatmadığı ünvanlarda müalicə almaq kimi zor durumda deyil, gözlərimiz qarşısında əzizlərimiz xəstəlikdən çırpınmır, yaşam müharibəsi aparmır... Bundan böyük və hamıya çatan sərvət varmı? Bu sərvət dövlətimizin insan sağlamlığına verdiyi böyük önəmdən və məsuliyyətdən irəli gələn fasiləsiz və sistemli tədbirlərin nəticəsi olaraq əldə edilib. Dövlətimiz hər nə edibsə bizləri xəstəlikdən qorumaq üçün edib, gələcəyimiz olan uşaqları, böyük həyat məktəbi olan qocaları xilas etmək naminə edib və edir, sona qədər də etmək iradəsindədir. Məktəblərin bağlanması, restoran və kafelərin qapadılması, toyların, hətta yas mərasimlərinin müəyyən məhdudiyyətlərə məruz qoyulması bizim üçündür, azərbaycanlıların timsalında insanlığın xilası üçündür. Arxasında bu qədər ali və bəşəri məqsədlərin dayandığı fəaliyyətlərin hətta tək-tək insanlar tərəfindən dəstəklənmədiyi vəziyyəti  təsəvvürə belə gətirmək mümkünsüzdür.

  Bəli,bu gün Azərbaycan dövləti virusla mübarizəni dövlətin və hər kəsin işi olan müqəddəs fəaliyyət modelinə çevirə bilib. Azərbaycan kimi tək-tək ölkələr var ki, virusla mübarizə tədbirləri bütün cəmiyyətimizin mənafe və tələblərinə uyğun olaraq meydana gəlib. Məhz buna görə də hər kəs bu tədbirlərə anlayışla yanaşa bilir. Lakin təəssüflər olsun ki, dövlətin və cəmiyyətin bir cəbhədə möhkəm mövqe tutduğu anlarda yad xallar vuran ünsürlərə də rast gəlinir. Heç bir əsası olmayan uydurmanı bəziləri elə həvəslə paylaşır və yayır ki, sanki bu saxta və təxribat məzmunlu yalanlar hansısa virusun fərmanıdır. Bəziləri real fakt olan xəstənin sağalması kimi əhəmiyyətli və insanları daha əzmkar olmağa səsləyən, yaşamağa həvəsləndirən faktları gözdən qaçırır, məhz bu faktlarl tirajlamağın əvəzinə uydurmaların dalınca sürünürlər.

Yəqin hər kəs bu günlərdə guya Bakının bir gecə helikoptetlərlə tam dezinfeksiya edildiyi barədə şayiənin nə qədər sürətlə yayıldığını xatırlayır. Əvvəla, cəmi bir neçə saat ərzində hamı əmin oldu ki, bu, düşməncəsinə uydurulmuş bir yalan idi. İkinci, əgər gərəkli olsa, belə addımların xeyrini-ziyanını hamıdan yaxşı hesablaya bilən hökumət bunu heç kimlə məsləhətləşmədən və öncədən xəbərdarlıq etməklə həyata keçirər. Bəziləri elə hay-küy salmışdı ki, sanki göydən səpildiyi deyilən şey hansısa dezinfeksiya maddəsi yox, ölüm saçan bomba imiş...Belə olmaz, bu əsassız panikaları körükləmək heç bir halda vətənpərvərlik sayılmaz və dövlətin apardığı antivurus kursuna heç bir praktik fayda verə bilməz.

 Halbuki, indi hamıdan tələb olunan sadə bir davranış var - məhz özümüzün və əzizlərimizin yaşaması naminə görülən işlərə mane olmamaq, qadağa və məhdudiyyətlərə sözsüz əməl etmək, şayiələri körükləməmək, şəxsən özümüzün və hər bir vətəndaşın sağlamlığını ümummilli sağlamlığın və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi qəbul etmək...

  Ağır iş deyil...Hər kəsin edəcəyi kiçik bir işlə bütün cəmiyyətimizin təhlükəsizliyini əldə etmiş oluruq. Kim bunu etmirsə, istisnasız şəkildə bizə, bütün Azərbaycana düşmənçilk edir. Bunun başqa adı yoxdur, haqq qazandırılası tərəfi də yoxdur. Düşmənçilik olan yerdə isə hüquq və cinayət məsuliyyəti heç bir güzəşt tanımadan meydana daxil olur və olmalıdlr. Hər kəs üçün dərk etmək çətin deyil ki, koronavirusla mübarizə dövründə fəaliyyətsizlik , dövlətin tədbirlərinə qarşı  getmək və hətta şüurlu fəaliyyətsizlik hamının həyatını təhlükəyə atmaqdı. Dövlət mücərrəd varlıq yox, Prezidentdən başlamış məmurlara və sadə insanlara qədər konkret və canlı varlıqlardan ibarətdir. Anlamaq çətin deyil ku, dövlət adından həyata keçirilən hər antivirus tədbirinin arxasında hamının mənafeləri dayanır. Prezidentdən və baş nazirdən başlamış aşağıya qədər hər birimizin həyat mənafelərimizə eyni dərəcədə uyğun və gərəkli olan tədbirlərə qoşulmaq hər kəsin vəzifəsidir.

  Media  adamları və sosial şəbəkə fəallarının öz məsuliyyətini  azacıq artırmasının bütün cəmiyyətimiz üçün hansı əvəzsiz faydalar verəcəyini təsəvvür etmək çətin deyil. Yalanlara qanad taxıb uçurmaq elə koronavirusun özü kimi təhlükəlidir, ziyanlıdır. Həm də bilirsinizmi niyə təhlükəlidir? Çünki koronavirusa yoluxanın köməyinə dövlətimiz, hər kəs, dostlar, yaxınlar yetişəcək, hər kəs əlindən gələni etməyə çalışacaq. "Koronavirus yalanlarını " yayanların isə fəryadına  heç kim gəlməyəcək, tək qalacaqlar - hüquqi məsuliyyət daşıyan cinayətkar kimi, hüquq-mühafizə orqanları ilə üz-üzə...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ