ABŞ-da prezident Donald Trampla Ukrayna prezident Vladimir Zelenski arasında telefon danışığı ətrafında qalmaqal davam edir. Tramp həm Respublikaçılar Partiyasını, həm də elektorat bazasını onun haqqında impiçment proseduru başladan Nümayəndələr Palatasına qarşı birləşdirməyə çalışır.
Baki-xeber.com xəbər verir ki, ABŞ prezident sosial mediada yaydığı son görüntülü açıqlamsında Nümayəndələr Palatasını sərt tənqid edərək, vəsifədən kənarlaşdırılmaması gərəkdiyini deyib.
“Demokratlar silahlarınızı, sağlamlığınızı, səslərinizi, azadlığınızı, hakimlərinizi və hər şeyi almaq istəyir. Biz buna heç vaxt yol verə bilmərik, çünki ölkəmiz əvvəllər olmadığı qədər təhlükədədir. Çox sadədir, məni dayandırmağa çalışırlar, çünki sizin üçün savaşıram və heç vaxt buna imkan verməyəcəyəm” - Tramp deyib.
Tramp, başqa bir Twitter paylaşımında isə yazır: “Ölkə tarixində ən böyük iqtisadiyyatı yaradan, ordumuzu bu vaxta qədər ən güclü ordu halına gətirən, vergiləri rekord səviyyəyə endirən bir prezidenti vəzifəsindən necə kənarlaşdıra bilərsiz?”
Digər tərəfdən, Trampın, aralarında Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da olduğu əcnəbi liderlərlə telefon danışıqlarının transkriptlərinin son dərəcə məxfi saxlanan kompüter sisteminə köçürüldüyü iddia edilir. Bu şəkildə, Trampın danışıqlarına aid qeydləri görən köməkçilərinə də sızmanın qarşısını almaq üçün məhdudiyyət gətirildiyi bildirilir.