Səudiyyə Ərəbistanı Krallığının kral mühafizə briqadasının generalı Əbdüləziz bin Beddah el-Fağım yaxın diostu tərəfindən öldürülüb.
Baki-xeber.com xəbər verir ki, Səudiyyənin rəsmi agentliyi SPA Fağımın, dünən axşam dostu Turki es-Sebti Ciddədəki evində qonaq olan zaman evdə olan başqa bir tanışı Məmduh Al Ali arasında mübahisə yaranıb.
Mübahisə zamanı Alinin atış açması nəticəsində Fağım, Sebti və filippinli bir işçinin yaralandığı deyilən açıqlamda, generalın aldığı yaralardan aparıldığı xəstəxanada keçindiyi bildirilib.
Hadisədən sonra onu tutmaq istəyən təhlükəsizlik qüvvələrinə atəş açan Al Ali öldürülüb, silahlı qarşıdurmada beş təhlükəsizlik əməkdaşı isə yaralanıb.
Rəsmi qurumlar hadisənin mübahisə zəminində baş verdiyi açıqlasa da, bir çoxları buna şübhə ilə yanaşır.