Sentyabrın 29-da Moskvada minlərlə insan əvvəlki aksiyalarda tutularaq həbsə məhkum edilmiş müxalifətçilərin azad olunması tələbi küçələrə çıxıb.
Baki-xeber.com xəbər verir ki, Saxarov prospektində keçirilən razılaşdırılmış aksiyanın əsas tələbi siyasi məhbusların azad edilməsi olub.
Rusiya Libertarian Partiyasının təşkil etdiyi aksiyada, siyasi partiya nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və həmçinin mədəniyyət adamlarının da iştirak etdiyi deyilir.
Müxalif siyasətçi Leonid Volkov yürüşdən əvvəl sosial mediada “50 min insan iştirak edərsə, bütün məhkumları buraxmağa məcbur olarlar” yazıb. Müşahidəçilərə görə, aksiyada iştirakçıların sayı ilk yarım saatda 18 minə çatıb. Polis isə iştirakçı sayının 20 min olduğunu açıqlayıb.