ABŞ və İran arasında ciddi bir böhran yaşanır. Vaşinqton Tehrana qarşı ağır sanksiyalar tətbiq edir. Baki-xeber.com xəbər verir ki, bütün bunların fonunda ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhaninin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində görüşüb-görüşməyəcəyi müzakirə edilirdi, lakin hər iki lider görüşməkdən imtina etdi.
Dünən isə İran lideri Ruhani ABŞ-ın ikitərəfli danışıqlara başlamaq qarşılığında bütün sanksiyaları ləğv etməyi təklif etdiyini söyləyib.
Tramp isə Twitter-də hesabından "İran mənimlə görüşmək üçün onlara tətbiq etdiyimiz sanksiyaların qaldırılmasını istədi. Əlbəttə mən "yox" dedim" deyib.
Tramp, BMT-dəki çıxışında İran rəhbərliyini çox sərt şəkildə tənqid edərək, bu ölkəyə qarşı sanksiyaların azalmayacağını, əksinə daha da sərtləşdiriləcəyini bəyan etmişdi. Ertəsi gün isə ABŞ rəhbərliyi İranla əlaqəli olduqlarına görə, Çin şirkətlərinə və iş adamlarına sanksiya tətbiq etdi.