Hindistanın Baş naziri Narendra Modinin, Nyu Yorkda 20 sektordan 42 qlobal sənaye nəhənginin yer aldığı xüsusi bir iclasa rəhbərlik etməsi və ölkəsinə daha çox investisiya cəlb etmək səyləri, Kəşmir məsələsində problem yaşadığı Pakistanın Baş naziri İmran Xanın sərt reaksiyasına səbəb olub.
Baki-xeber.com xəbər verir ki, İmran Xanın Nyu Yorkda keçirdiyi mətbuat konfransında Hindistan bazarına maraq göstərən ölkələrə müraciət edib.
“Hindistanı milyard adamlıq bir bazar kimi düşünməyib. Hindistanın bir nüvə gücü ilə (Pakistan) problemi var. Kəşmir problemi həll olunmasa nəticəsi nə olacaq? Milyardlarla dollarlıq sərmayəniz necə olacaq?'' – Xan deyib.
Xanın bu açıqlaması dünya mətbuatında ”üstü örtülü nüvə təhdidi” kimi təqdim edilib.
Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 74-cü iclasında çıxış edən Han beynəlxalq ictimaiyyəti iqtisadi səbəblərə görə, tərəf olmaqda günahlandırıb. “Bu laqeydliyin səbəbini bilirəm. Niyə cənab Modiyə təzyiq olmadığını bilirəm. Çünki Hindistan üzərindən 1,2 milyard əhalisi olan bir bazara baxırlar” - Pakistanın Baş naziri deyib.