ABŞ-a İrana hücum edəcəyi təqdirdə eyni şəkildə cavab veriləcək. baki-xeber.com xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri İrc Məscid deyib.
“Birləşmiş Ştatlar İran İslam Respublikasına hücum edərsə, biz də sərt şəkildə cavab verəcəyik. İraq və ya dünyanın harasında olursa olsun, ABŞ qüvvələrinə hücum edərik” – sefir deyib.
Məscid ABŞ-ın İraqda olmasını qəbul etmədiklərini də söyləyib: “Amerikalılar İraqın və bölgədəki hər kəsin daxili işlərinə qarışırlar. ABŞ qüvvələrinin İraq və bölgədəki bütün nöqtələrdən çıxarılması lazımdır. Onların varlığı gərginliyi artırır və təhlükə yaradır”.