Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Kaşıqçının 2018-ci ildə bu ölkənin İstanbuldakı Baş konsulluğunda öldürülməsilə əlaqədar açıqlamalar verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Salman hadisəyə görə, bütün məsuliyyəti üzərinə götürüb.
Şahzadə Salmanın, Amerikanın “PBS” televiziya kanalının “Frontline” xəbər proqramına 2018-ci ilin dekabr ayında Ər-Riyadda bir avtomobil yarışı zamanı Kaşıqçının öldürülməsilə əlaqədar verdiyi açıqlamalar oktyabrın 1-də yayımlanacaq proqramın reklamlarında yer alıb. Proqramın reklamında Salmanın Kaşıqçının qətlilə əlaqədar suallara ilk dəfə bir müsahibədə cavab verdiyi bildirilir.
Reklamda “PBS” jurnalisti Martin Smit “O, Kaşıqçının qətlindəki rolu barədə sualıma “Bu hadisə mənim məsuliyyətim altında baş verdi. Bütün məsuliyyəti üzərimə götürürəm” cavabını verdi” ifadələrini işlədir.
Smitin “Sizin məlumatınız olmadan belə bir şey necə baş verə bilər?” sualına Salman “Səudiyyə Ərəbistanında 20 milyon insan yaşayır. 3 milyon dövlət işçisi var” deyərək cavab verib.
Jurnalistin Salmana “Bəs onlar sizin təyyarələrinizdən birini istifadə edə bilərlərmi? sualına o belə cavab verib: “İşlərimi təqib edən vəzifəlilər, nazirlər var. Bu onların işidir. Onların bunu etmək səlahiyyətləri var”.
Xatırladaq ki, 2018-ci ilin oktyabrın 2-də nikah proseduru ilə bağlı ölkəsinin İstanbuldakı Baş Konsulluğuna gedən sSəudiyyəli jurnalisti Camal Kaşıqçının burada vəhşicəsinə öldürülüb.