ABŞ Nümayəndələr Palatasında çoxluqda olan demokratların lideri Nensi Pelosi prezident Donald Trampa qarşı impiçment prosesinin başladılması üçün ilk rəsmi addımın atıldığını bildirib. Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı
Trampın, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdığını və Co Baydenlə bağlı tədqiqata başlanmasını istədiyini etiraf etdiyini bildirən Pelosi, Trampın addımlarını milli təhlükəsizliyi baltaladığını deyib.
Pelosi Trampın vəzifədən kənarlaşdırılması prosesinin başladılması üçün ilk rəsmi addımı atdıqlarını deyib: “Tramp elədiklərinə görə hesab verməlidir. Heç kim hüquqdan üstün deyil”.
Tramp ABŞ tarixində haqqında impiçment prosesi başladılan dördüncü prezidentdir.
Bu arada, Tramp bu addıma Twitter hesabından cavab verib: BMT-də önəmli bir gün və bu qədər uğurlu… Demokratlar bunu “cadı ovu” oyunu ilə məhv edib mənasızlaşdırdı. Bu ölkəmiz üçün çox pis oldu”.
Bundan əvvəl Amerika mətbuatı Trampın telefon danışığı zamanı Ukrayna prezidentinə demokrat senator, keçmiş vitse-prezident Co Baydenin oğlu Hanter Baydenin “korrupsiya əlaqələrini” araşdırmaq üçün təzyiq göstərdiyini yazmışdı.