Nyu-Yorkda BMT-nin Baş Assambleyasında 193 ölkə dövlət və hökumət başçıları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp ticarət anlaşmaları, Çin, miqrantlar, Şimali Koreya ilə yanaşı İran məsələsinə də toxunub.
Baki-xeber.com xəbər verir ki, Tramp İranı yenə də terror təşkilatlarını dəstəkləməkdə ittiham edib.
ABŞ prezidenti bildirib ki, İran Suriya və Yəməndə müharibələrin əsas sponsorudur, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edib.
Tramp İrana qarşı sanksiyaların sərtləşdirilə biləcəyi ilə bağlı xəbərdarlıq da edib: “İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. İrana qarşı hərəkətə keçmək bütün ölkələrin vəzifəsidir.
ABŞ-ı İranla bərbad anlaşmadan geri çəkdim. İrana qarşı sanksiyalar ləğv edilməyəcək, İran təcavüzkar davranışını davam etdirdikcə sanksiyalar daha da sərtləşdirilərək davam edəcək”.
Tramp İran hakimiyyətini də sərt tənqid edib. Qeyd edib ki, artıq İran liderləri İran xalqını ön planda tutmalıdır: “…ABŞ-ın indiki ən böyük dostları bir vaxtlar düşman idi. Hamı savaşa bilər, ancaq sadəcə ən cəsurlar barışa bilər”.