İran iyul ayında ələ keçirdiyi Böyük Britaniya neft tankerini sərbəst buraxıb. Baki-xeber.com xəbər verir ki, bunu İranın Londondakı səfiri deyib.
Səfir tanker üçün qanuni tədbirlərin görüldüyünü və sərbəst buraxıldığını açıqlayıb.
Bundan əvvəl İran hökumətinin sözçüsü Əli Rebii Britaniya tankerinin sərbəst buraxılması ilə bağlı məhkəmə proseslərinin başa çatdığını elan etmişdi.
Tehran “Stena İmpero” adlı tankeri iyul ayında Hörmüz boğazında ələ keçirmişdi.