16/10/2019 14:15
728 x 90

Misirdə xalq küçələrə çıxdı, iş adamı ordu rəhbərliyinə çağırış etdi – “Sisini həbs edin”

img

Misirdə prezident Əbdül Fəttah əs-Sisiyə qarşı ilk dəfə etiraz aksiyaları başlayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, aksiyalar iş adamı Məhəmməd Əlinin sosial media ilə hökumətin korrupsiya əməllərinə qarşı çağırışından sonra başlayıb.

Dünən axşam keçirilən aksiyalar, 2013-cü ildə Sisinin islamçı Məhəmməd Mursi iqtidarını devirməsindən sonra Misirdə hazırki iqtidara qarşı ilk böyük aksiyadır.

Misir əhalisi Qahirədəki Təhrir Meydanına toplaşıb. Bununla yanaşı Misirin başqa bir neçə şəhərində də xalq küçələrə çıxıb. Hüquq-mühafizə orqanları dağınıq olan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və 100-ə yaxın aksiyaçını həbs edib. Ancaq “Sisi getməlidir” şüarları səsləndirən etirazçılar aksiyanı yenə də davam etdiriblər. Aksiyalar səhər saatlarına qədər davam edib. Qahirə küçələrində çox sayda təhlükəsizlik qüvvələri yerləşdirilib.

Aksiyalardan sonra Qahirədəki Təhrir və Talat meydanlarıında təhlükəsizlik ən yüksk səviyyəyə çatdırılıb.

Aksiyaları təşkilatlandıran Məhəmməd Əli bunun ilk addım olduğunu və davamının gələcəyini deyib. O, xalqı qorxu səddini aşıb meydanları doldurmağa səsləyib. Etirazçılar xalqı gələn həftənin cümə günü küçələrə çıxmağa çağırıb.

Məhəmməd Əli Müdafiə Nazirliyinə də səslənərək Sisini həbs etməyə çağırıb. Onun bu çağırışı ordu daxilində Sisi əleyhdarlarının olduğuna dair iddiaları gücləndirir. Ölkədə bəzi qurumların xalqın ayağa qalxmasına göz yumması da bu iddiaya dəstək verib.

Son xəbərlər