16/10/2019 14:37
728 x 90

Özbəkistanda toy xərclərinə limit gətirilir – Toylar heç bir müharibəsiz ölkəni məhv edə biləcək səviyyəyə çatıb

img

Qonaqlar 250 nəfərdən çox olmamalı, maksimum iki musiqi qrupu, ən çoxu üç lüks avtomobil olmalıdır. Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu, Özbəkistan parlamentinin ifrat xərcləmə və sosial nifaqın qarşısını almaq məqsədilə qəbul etdiyi yeni toy mərasimləri qaydalarıdır.

Paytaxtda və ya digər böyük şəhərlərdə yaşayan orta özbək vətəndaş ayda 200-300 dollar arasında maaş alır. Lakin gəlin və kürəkənin ailələri çox vaxt toy mərasiminə 20,000 dollar xərcləyir.

Bu məbləğdə pulların əldə edilməsi isə sonrakı illərdə böyük əziyyətlərə qatlaşaraq qaytarılması lazım gələcək borclara səbəb olur.

"Toylarımız heç bir müharibə olmadan ölkəni məhv edə biləcək səviyyəyə çatıb," - yerli senator İqbal Mirzo bildirib və yeni qaydaların gələn ildən qüvvəyə minəcəyini deyib.

Bir çox özbək əsasən Rusiya olmaqla ailələrini dolandırmaq üçün xaricdə işləyir. Onların qazandıqları pullar əsasən evin təmirinə və toy mərasimlərinə xərclənir.

Son xəbərlər