16/10/2019 14:23
728 x 90

ABŞ İran prezidenti və sanksiya tətbiq etdiyi XİN başçısına viza verdi - Ruhani və Zərif Nyu-Yorka gedir

img

ABŞ, BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün müraciət edən İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verib. Baki-xeber.com xəbər verir ki, qərar İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi sosial media hesabında açıqlayıb.

Onun sözlərinə görə, Zərif, BMT-nin Nyu-Yorkda keçiriləcək Baş Assambleyasının iclasında iştirak edəcək. Musəvi Zarifin sabah səhər (bu gün) Nyu-Yorka gedəcəyini açıqlayıb. İran prezidenti Ruhaninin bazar ertəsi Nyu-Yorka gedib-getməyəcəyilə bağlı isə heç nə deməyib.

Bundan əvvəl rəsmi Tehran, Ruhaninin rəhbərlik etdiyi İran nümayəndə heyəti, ABŞ viza razılığı verməyəcəyi təqdirdə BMT Baş Assambleyasının iclasında iştirak etməyəcəklərini açıqlamışdı.

Onu da qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi avqust ayında İran lideri Ayətullah Əli Xamneyi adına işlədiyi üçün xarici işlər naziri Zərifi sanksiya siyahısına salmışdı.

Son xəbərlər