İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında iştirak etməyə bilər. “Trend”in məlumatına görə, prezidentin hələlik vizasının olmadığı deyilir.
Qeyd olunur ki, ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 20-də, prezident Həsən Ruhani sentyabrın 23-də Nyu Yorka yola düşməlidir.
Lakin onların vizaları yaxın saatlarda hazır olmasa, səfərləri baş tutmaya bilər.