16/10/2019 14:24
728 x 90

Tramp Səudiyyə neftinə hücumdan sonra İrana qarşı ilk qərarını açıqladı – Sanksiyalar sərtləşdirilir

img

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların artırılması ilə bağlı ABŞ Maliyyə Nazirliyinə təlimat verib.

Baki-xeber.com xəbər verir ki, bu barədə Tramp "Twitter" hesabında yazıb.

Bundan əvvəl ABŞ mediası Səudiyyə Ərəbistanındakı neft zavodlarına hücumdan sonra İrana qarşı yeni sanksiyalar gözlənildiyini yazırdı.

“Maliyyə nazirinə İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artırmağı tapşırdım!” - ABŞ prezidenti deyib.

Qeyd edək ki, ABŞ hazırda Tehran rəhbərliyinə qarşı ağır sanksiyalar tətbiq edir.

ABŞ, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanındakı iki neftayırma zavoduna hücuma görə İranı günahlandırır. İran isə ABŞ-ın iddiasını rədd edir. Rəsmi olaraq, hücumu isə İranın Yəməndə dəstəklədiyi husilər üzərinə götürüb.

Hücumundan əvvəl, xüsusilə Tramp İranla masaya oturacaqlarının mesajını vermişdi. Lakin hücumdan sonra rəsmi Vaşinqton mövqeyini dəyişdi.

Onu da vurğulayaq ki, hücumdan bir gün sonra husilər Səudiyyə Ərəbistanının neft şirkəti Aramco-da olan şirkətlər və əcnəbi vətəndaşlara xəbədarlıq edərək bu ölkəni hər an yenidən vura biləcəklərini bəyan ediblər.

Son xəbərlər