20/10/2019 18:56
728 x 90

ABŞ İranı vurmaq üçün Səudiyyə ilə danışıqlara başladı – “...cavab verməyə hazırıq”

img

ABŞ-ın vitse-prezidenti Mayk Pens, Səudiyyə Ərəbistanının neft yataqlarına hücumlara görə İranı məsul tutaraq gərəkdiyi təqdirdə müttəfiqlərini müdafiə etməkdən çəkinməyəcəklərini deyib.

Baki-xeber.com xəbər verir ki, vitse-prezident Pens bu barədə Vaşinqtonda The Heritage Foundation tərəfindən təşkil olunan tədbirdə açıqlama verib.

“Bu həftə sonu Səudiyyə Ərəbistanında müxtəlif neft zavodlarına edilən hücumdan sonra sizə söz verirəm, cavab verməyə hazırıq... Prezidentin dediyi kimi heç kimlə müharibə aparmaq istəmirik. Lakin ABŞ hazırdır. Bölgədəki maraqlarımızı və müttəfiqlərimizi qorumağa hazırıq” – Pens deyib.

ABŞ-ın kəşfiyyat məlumatları toplamaqda davam etdiyini vurğulayan Pens, "Prezident sübutları nəzərdən keçirmək üçün hətta bu saatda da səylə çalışır" deyib.

Vitse-prezident Pensin bildirdiyinə görə, ABŞ dövlət katibi Mayk Pompeo hücumlara cavabı müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Bundan əvvəl dövlət katibi Pompeo və prezident Donald Tramp, Səudiyyə Ərəbistanının iki böyük neft zavoduna edilən hücumlara görə Iran; günahlandırmışdı. Ancaq Tehran ittihamları rədd edir.

Son xəbərlər