20/10/2019 18:51
728 x 90

Keçmiş amerikalı agent Snouden bir şərtlə ABŞ-a qayıtmaq istəyir - ədalətli mühakimə...

img

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvar Snouden ölkəsinə qayıtmaq üçün şərtini açıqlayıb. Baki-xeber.com xəbər verir ki, hökumətin izləmə proqramının detalları ilə bağlı gizli sənədləri sızdıran və Rusiyada yaşayan Snouden ABŞ hakimiyyətindən əfv deyil ədalətli mühakimə tələb etdiyini deyib.

O, ədalətli mühakimə təmin olunacağı təqdirdə ölkəsinə qayıtmaq istədiyini söyləyib: “ABŞ-a qayıtmaq istəyirəm, son hədəf budur. Ömrümün qalan hissəsini həbsxanada keçirəcəyəmsə, anlaşmamız gərəkən yeganə tələbim ədalətli mühakimə olunmağımdır, amma Amerika hökuməti buna zəmanət vermir, çünki ictimai maraqların müdafiəsindən faydalanmağıma imkan verməyəcək”.

Snouden 2013-cü ildən bəri müvəqqəti yaşayış icazəsi ilə Rusiyada yaşayır və Fransadan ona sığınacaq verilməsini istəyir. O Fransa prezident Emmanuel Makronu ona sığınacaq verməyə çağırıb.

Fransa radiosuna müsahibəsində o, deyib ki, informatorların müdafiəsi düşmən hərəkət deyil və o, Fransada müdafiə olunmuş statusu almaq hüququ olduğunu düşünür.

Snoudenin 2013-cü ildə o zaman Fransa prezidenti Fransua Hollanda sığınacaq haqda müraciəti qeyri-müvəffəq olmuşdu. O daha bir neçə ölkədə sığınacaq almaq üçün müraciətlər etmişdi.

Fransa prezidentinin ofisi Snoudenin müraciəti ilə bağlı şərh verməyib.

Son xəbərlər