18/10/2019 06:09
728 x 90

Körfəzdə müharibənin ayaq səsləri... Tramp ABŞ-ın İranla müharibəyə tam hazır olduğunu bəyan etdi

img

ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya hücumun arxasında İranın dayandığına inandığını, lakin qəti bir nəticəyə gəlmək üçün araşdırmalar aparıldığını söyləyib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti ölkəsinin müharibəyə hazır olduğu mesajını da verib.

"Saudi Aramco"obyektlərinə hücumun arxasında İranın durub-durmadığına dair sualı cavablandıran Tramp, "Belə görünür. Tam olaraq nə baş verdiyini dəqiq oyrənə bilsək sizə söyləyəcəyik, araşdırmalar davam edir" deyib.

Tramp, eyni zamanda, İran prezidenti Həsən Ruhani ilə planlaşdırılan hər hansı bir görüşün olmadığını da qeyd edib.

İranla müharibə istəmədiyini, ancaq ölkəsinin döyüş təyyarələri və raketlər kimi ən yaxşı silah sistemlərinə sahib olduğunu ifadə edən Tramp, ABŞ-ın müharibəyə, tarixdə heç bir ölkənin olmadığı qədər hazır olduğunu deyib. Tramp ABŞ-ın İrana hücumunun mütənasib olacağını da bildirib.

Son xəbərlər