Şimali Koreya gəmisi Yapon dənizində Rusiya sərhədçilərinə atəş açıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində üç rus əsgər yaralanıb.
Hadisədən dərhal sonra hərəkətə keçən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Şimali Koreya gəmisini ələ keçirərək 21 ekipaj üzvünü saxlayıb.