Tramp Səudiyyə neft sənayesinin çökdürülmsəsində əli olmadığına deyən İrana inanmır – “Görəcəyik”

ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanının neftayırma obyektlərinin yarısını sıradan çıxaran dron hücumlarında əli olmadığını deməsini sual altına alıb.
Baki-xeber.com xəbər verir ki, Tramp İranı Twitter hesabında hədəfə alıb.
“Xatırlayın ki, İran ABŞ dronunu vuranda, onun öz hava hüdudlarında vurulduğunu deyirdi. Hekayələri çox böyük yalandır. İndi deyirlər ki, onların Səudiyyə Ərəbistanına hücumda əli olmayıb. Görəcəyik” - Tramp yazıb.
Səudiyyə hərbi sözçüsü ilkin təhqiqatların hücumda "İran silahlarından" istifadə olunduğunu göstərdiyini deyib.
İran isə hücum ittihamlarının "maksimum yalan" olduğunu deyir.
Yəməndə qərargahlanan İranının himayə etdiyi Husi üsyançıları Səudiyyə Ərəbistanının neft hasilatını 5.7 milyon barel azaltmış hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.
İran dövlət mediası hücumun İraqı cənubundan qaynaqlandığını yazır. Bu ərazidə İranın dəstklədiyi şiə militant qrupları fəaliyyət göstərir. Lakin rəsmi Bağdad bu versiyanı rədd edib.