16/10/2019 14:23
728 x 90

Səudiyyənin neft sənayesi çökdürüldü, ABŞ-da İranın neft emalı zavodlarına hücum variantı gündəmə gətirildi

img

ABŞ-ın nüfuzlu respublikaçı senatoru Lindsi Qraham İranın neft emalı zavodlarına hücum edilməsi variantının müzakirə edilməsini təklif edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Qraham bu təklifi ABŞ dövlət katibi Mayk Pompeonun “Saudi Aramco”nun neftayırma zavodlarına hücumlara görə İranı günahlandırmasından sonra verib.

Respublikaçı senator Tehran "təxribatlarını" davam etdirəcəyi təqdirdə, İranın neft emalı zavodlarına hücum etmək variantının masaya yatırılması təklifini irəli sürüb.

"İran təxribatlarına və ya uranı zənginləşdirməkdə davam etdirirsə, demək ABŞ-ın bu ölkənin neft emalı zavodlarına hücum variantını müzakirə etməsinin vaxtı gəlib. İran, məsələn, rejimə güclü bir zərbə endirəcək, yanacaq emalı zavodlarına hücum kimi daha real nəticələrlə qarşılaşmayınca davranışlarına son qoymayacaq" – senator Qraham Twitter hesabında yazıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların iki neftayırma zavoduna hücumundan sonra neft istehsalını müvəqqəti olaraq dayandırıb.

OPEC-in məlumatına görə, “Saudi Aramco”nun neft obyektlərinə hücum sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft istehsal edilib.

Son xəbərlər