Rusiyada polis, müxalif fəal və "Antikorrupsiya Fondu"nun qurucusu Aleksey Navalnının ölkə daxilindəki ofislərində və tərəfdarlarının evlərində axtarış aparıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Navalnı bu barədə sosial media hesabında açıqlama yayıb
“Rusiyada 41 şəhərdə, Fond işçilərinin evləri və ofislərinin yerləşdiyi 200-dən çox ünvana təhlükəsizlik qücləri basqın edib” – Navalnı deyib.
Onun sözçüsü Leonid Volkovun sözlərinə görə evlərdə çirkli pulların yuyulması şübhəsinə görə axtarış aparılıb. Bildirilib ki, polis tərəfindən saxlananlar dindiriliblər.