Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib. Baki-xeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Davudoğlu bu barədə bəyanatı bu gün Ankarada keçirdiyi mətbuat konfransında verib.
AKP-dən çıxarılması ilə bağlı başladılan prosesin nəticəsinin indidən bəlli olduğunu söyləyən Davudoğlu, partiya rəhbərliyini sərt tənqid edib. "AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat yaradacağıq" - deyə Davudoğlu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-də yayılan məlumata görə, Türkiyədə Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək.