ABŞ Prezidenti Donald Tramp administrasiyası, 11 sentyabr qurbanlarının ailələrinin istəyi ilə hücumlarda rol oynadığı deyilən Səudiyyə rəsmisinin adını açıqlayacaq.
Baki-xeber.com xəbər verir ki, Amerika mətbuatı Ədliyyə Nazirliyi rəsmisinə istinadən, həmin şəxsin şəxsiyyətinin hələlik gizli qalacağı və yalnız qurbanların yaxınlarının vəkilləri ilə paylaşılacağı bildirir.
Bununla yanaşı, vəkillər bu məlumatın daha geniş ictimaiyyətə açıqlanmasını tələb etmək hüququna malikdirlər.