19/09/2019 17:29
728 x 90

Trampın Boltonu İran məsələsinə görə istefaya göndərdiyi iddia edildi... Ağ Ev Tramp-Ruhani görüşünə hazırlaşır

img

ABŞ prezidenti Donald Trampın iki gün əvvəl Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən kənarlaşdırmasının səbəbləri ilə bağlı yeni iddialar ortaya atılıb. Qərb mediası iddia edir ki, İrana sanksiyaları azaltmağı gündəmə gətirən Tramp, bu fikrə qarşı çıxmasına görə Boltonu istefaya göndərib.

Baki-xeber.com xəbər verir ki, “Bloomberg” məsələyə yaxın mənbələrə istinadən, bazar ertəsi Oval Ofisdə keçirilən görüşdə Prezident Tramp, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasını çərçivəsində İran Prezidenti Həsən Ruhani ilə görüşü təminat altına almaq üçün "sanksiyaların yumşaltmağı" təklif edib.

Maliyyə naziri Steven Mnuçin bunun İranla danışıqlara yol açacağını bildirərək Trampın təklifini dəstəkləyib, Bolton isə buna sərt şəkildə qarşı çıxıb.

Bunun ardınca Tramp, uzun müddətdir İran və Venesuela məsələsinə fikir ayrılığı yaşadığı iddia edilən Boltonu vəzifəsindən azad etmək qərarına gəlib.

Mənbələr, Ağ Evin, BMT Baş Assambleyası çərçivəsində Trampla Ruhani arasında keçiriləcək danışıqlarla bağlı hazırlığa başladığını bildirib. İran isə ABŞ-ın sanksiyalarına baxmayaraq, Tramp-Ruhani görüşünü qəbul edib-etməyəcəyi hələlik məlum deyil.

Bundan əlavə, İsrail rəsmiləri Binyamin Netanyahu rəhbərliyinin Boltonun Ağ Evdən getməsi ilə ən sadiq müttəfiqlərindən birini itirdiklərini söyləyiblər.

Adının çəkilməsini istəməyən rəsmilər İsrailin İran rəhbərlərinin tanınmasından və İran rəhbərliyinə qarşı ABŞ-ın sanksiyalarının və təzyiqlərinin azaldılmasından narahat olduqlarını vurğulayıblar.

Son xəbərlər