19/09/2019 11:14
728 x 90

Əsəd Suriyanın Putinə borcunu ödəmək istəməyən əmisi oğlanlarını həbs etdirdi

img

Suriya prezidenti Bəşər Əsəd ölkədə iş adamı kimi tanınan əmisi oğlu Rami Mahluf və qardaşları İyad və İhabı ev həbsinə məhkum edib.

Baki-xeber.com xəbər verir ki, ərəb mediası, Suriya iqtisadiyyatının 60 faizini idarə edən Mahlufun, Rusiyanın Əsəddən istədiyi 3 milyard dollarlıq müharibə xərcini ödəmək istəmədiyi üçün həbs edildiyini iddia edib.

İddiaya görə, Əsəd əmisi uşaqlarından Rusiyanın istədiyi müharibə xərclərini onların ödəməsini istəyib, ancaq Rami və qardaşları yüksək rəqəm olduğuna görə bu tələbi rədd ediblər. “The Sun” yazır ki, xərcləri ödəmək istəməyən Məhəmməd Rami Mahlufun dəbdəbəli həyat tərzini sosial mediada paylaşması da Əsədin bu qərarı verməsində bəhanə olub.

Mahlufun sonuncu dəfə 26 avqustda paylaşım etməsi də bu iddiaları gücləndirir.

Suriyanın bir nömrəli iş adamı olan Rami Mahluf, rejimin nəzarət etdiyi ərazilərdə geniş səlahiyyətlərə sahibdir və Suriyada onlarla ticarət şirkətinə sahibdir. Bir müddət əvvəl onun Suriyaya 300 milyon dollar sərmayə qoymağı planlaşdırdığı bildirilirdi.

Əsədin əmisi oğlu Rami Mahluf və qardaşları İyad və İhabı ev həbsinə məhkum etməsi, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın Ritz-Carlton otel taktikasını xatırladır. Şahzadə Salman, şahzadələr, nazirlər və saysız iş adamlarını “çirkli pulların yuyulması” iddiası ilə Ritz-Carlton otelində həbsdə saxlayırdı. Sönradan oteldə ev həbsindən sərbəst buraxılan şahzadələr, nazirlər və iş adamlarından 100 milyarddan çox pul alındığı açıqlanmışdı.

Son xəbərlər