19/09/2019 11:22
728 x 90

Çin ABŞ-ın İranda hədəfə aldığı sahələrə 280 milyard dollarlıq investisiya yatırır, əlavə də 5 min əsgər göndərir...

img

Çin İranın ABŞ tərəfindən sanksiya tətbiq edilən sektorlarına böyük bir sərmayə qoymağa hazırlaşır. İnvestisiya məbləğinin 280 milyard dollar olduğu ifadə edilir.

Baki-xeber.com xəbər verir ki, “Petroleum Economist”  İran Neft Nazirliyindəki mənbəyə istinadən, bu sərmayənin Çinlə İran arasında imzalanan yeni müqavilə çərçivəsində həyata keçiriləcəyini yazır.

Xəbərdə, Pekin rəhbərliyi İranın sənaye infrastrukturuna da 120 milyard dollar investisiya yatırmaq niyyətində olduğu bildirilir.

İnvestisiyaların müqavilənin qüvvəyə mindiyi tarixdən beş il ərzində tamamlanacağı qeyd edilir.

İnvestisiya qarşılığında, İran Çin şirkətlərinin neft, qaz və neft-kimya sahələrində yeni, dondurulmuş və ya yarımçıq qalmış layihələrin tenderlərində iştirakına üstünlük verəcək. Bu vəziyyət, təxminən 5 min Çin təhlükəsizlik qüvvələri əməkdaşının layihələrin qorunması üçün İran ərazisinə göndəriləcəyini də özü ilə bərabər gətirir.

Sözügedən qüvvələrin, İrandan Çinə ixrac ediləcək məhsulların Körfəzdən təhlükəsiz keçişini də  təmin edəcəyi bildirilir.

Razılaşma çərçivəsində, Çin İrandan neft, qaz və neft-kimya məhsullarını 32 faiz endirimlə alacaq.

Son xəbərlər