07/12/2019 18:49
728 x 90

Kosovada maraqlı hadisə… Seçicilərin sayı ölkə əhalisinin sayından çox çıxdı

img

Oktyabrın 6-da Kosovada keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi seçicilərin sayı ilə bağlı mübahisəli rəqəmlər açıqlanıb.

Baki-xeber.com xəbər verir ki, Kosovo Ali Seçki Komissiyası 6 oktyabrda keçiriləcək seçkilərdə 1 milyon 972 446 nəfərin səs verəcəyini açıqlayıb, lakin rəsmi məlumatlara görə, ölkə əhalisinin sayı 1 milyon 739 825 nəfərdir.

Ali Seçki Komissiyası, ölən və ya Kosovo vətəndaşlığından çıxan 33.979 nəfərin seçicilər siyahısından çıxarıldığını açıqlayıb. Ancaq ölənlər və vətəndaşlıqdan çıxanların seçici siyahılarından çıxarılmadığı, bunun da aradakı say fərqinə təsir etdiyi bildirilib.

Son xəbərlər