13/12/2019 19:11
728 x 90

Rusiya və Ukrayna arasında “35-ə 35 formulu” ilə əsir mübadiləsi… Trampdan ilk açıqlama…

img

Rusiya ilə Ukrayna arasında uzun zamandır gözlənilən əsirlərin dəyişdirilməsi baş tutub. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, iki ölkə arasında “35-ə 35 formulu” ilə ümumilikdə 70 əsir dəyişdirilib.

Tərəflər 35 məhbusun transferi barədə razılıq əldə edib. Əsirlər Moskva və Kiyevdən eyni vaxtda qalxan Rusiya və Ukrayna təyyarələri ilə öz ölkələrinə aparılıb. Əsir və məhbusları Moskvada Vnukovo hava limanı, Kiyevdə isə Borispol hava limanında yaxınları qarşılayıb. Ukrayna prezidenti Vladimir Zelenski də Kiyev hava limanında azadlığa buraxılan ukraynalıları qarşılayan insanlar arasında olub.

Zelenski məhbus mübadiləsinin 5 ildir Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıların apardığı"bu dəhşətli müharibəyə" son qoymaq üçün atılan addım olduğunu söyləyib. Rusiya prezidenti Vladimir Putin də bu həftə razılıq bərədə bəhs edərkən bənzər fikirlər səsləndirib: "Bu, münasibətlərin normallaşdırılması yolunda atılacaq yaxşı addım olacaq".

ABŞ prezidenti Donald Tramp sözügedən iki ölkəni sosial media hesabından təbrik edib: "Rusiya və Ukrayna indicə çox sayda məhbusun mübadiləsini apardı. Bu çox yaxşı xəbərdir, bəlkə də sülhə doğru atılan ilk böyük addımdır. Hər iki ölkəni təbrik edirəm".

Son xəbərlər