19/09/2019 17:27
728 x 90

Erməni partiya sədri qızının toyuna kimi çağıracağına qərar verə bilmir… Paşinyan ya, Sarkisyan və Köçəryan...

img

Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyan çaşqın vəziyyətə düşüb. Belə ki, o, öz qızının biznesmen Xaçatur Sukiasyanın oğlu ilə toyuna Ermənistanın sabiq prezidentlərini çağırıb-çağırmamağa dair qərar verə bilmir. Bu barədə Sputnik Ermənistan "İrates" nəşrinə istinadən xəbər verir.

Hazırda Çarukyan və Sukiasyan qızğın şəkildə toya hazırlaşırlar. Gənclərin toyu sentyabrın 7-nə planlaşdırılıb. Ümumilikdə toya 500-ə yaxın qonaq dəvət olunub.

"Çarukyan Serj Sarkisyanı toya dəvət edib-etməməyə qərar verə bilmir. Çünki bu addım ölkənin baş naziri Nikol Paşinyanın qəzəbinə səbəb ola bilər. O, Paşinyanın özünün də toyda iştirak edib-etməyəcəyini bilmir. Lakin əmindir ki, Sukiasyan baş naziri ondan qabaq toya dəvət edib. Çarukyanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsxanadan mümkün azadlığa buraxılması ilə bağlı vəziyyət də narahat edir", - deyə nəşr yazır.

Toya yerli və xarici ulduzlar dəvət olunublar.

Son xəbərlər