Böyük Britaniyanın Baş naziri Boris Consonun qardaşı Co Conson universitetlər və elm işləri üzrə nazir postundan istefa verib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Co bu barədə qərarını özünün “Twitter” səhifəsində açıqlayıb.
Co “Twitter” mesajında, ailə sədaqəti ilə milli maraqlar arasında qaldığını və bunun həll olunmayan bir gərginlik olduğunu söyləyərək istefa verdiyini yazıb. Consonun qardaşı Mühafizəkarlar Partiyasından da istefa verib.
Qeyd edək ki, Boris Consonun qardaşı Britaniyanın Avropa İttifaqında (Aİ) qalmasının tərəfdarıdır.
O, Tereza Meyin Baş Nazir olduğu dövrlərdə Nəqliyyat naziri və London İşləri üzrə kiçik nazir vəzifələrində çalışıb. Meyin Brexit razılaşmasına etiraz olaraq noyabr ayında istefa vermişdi.
Brexitə qarşı çıxan və referendumda da ölkənin Aİ-də qalması üçün kampaniya aparan qardaş Conson, istefa mesajında yeni bir referenduma keçirməyə çağırıb: "Brexit əvvəllər vəd edildiyindən kənarda reallığa çevrildiyi üçün bu məsələdə söz haqqını xalqa vermək demokratik olardı".
Elə bu bəyanatdan sonra Conson qardaşları arasında Brexit mövzusunda fikir ayrılıqları yaranıb.
Baş nazir Conson, 31 oktyabrda razılaşma oldu-olmadı İngiltərəni AB-dən ayırmaq niyyətindədir.