ABŞ Dövlət Departamentinin Cəbəllütariq tərəfindən 45 gün saxlandıqdan sonra səbəst buraxılan İranın neft tankerini saxlamaq üçün gəmi kapitanına milyonlarla dollar təklif etdiyi ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ-ın İran üzrə xüsusi elçisi Brian Huk, Cəbəllütariqdə 1,5 ay saxlandıqdan sonra sərbəst buraxılan İrana aid "Adrian Darya 1" adlı tankerin hindistanlı kapitanı Axileş Kumara bir neçə dəfə internetlə məktub göndərib. Qeyd edilir ki, Huk tankeri ABŞ-ın ələ keçirə biləcəyi bir ölkəyə yönləndirməsi qarşılığında kapitana milyonlarla dollar təklif edib.
Huk 26 avqustda kapitan Kumara göndərdiyi məktubda "Sizin üçün yaxşı bir xəbərim var" deyərək təklif irəli sürüb.
Kapitanda cavab ala bilməyən Huk, ikinci məktubunda Kumarı təhdid edib: "Bu pulla istədiyiniz həyatı yaşaya bilərsiniz və qocalıqda istirahət edə bilərsiniz. Bu asan yolu seçməsəniz həyat sizin üçün çox çətin olacaq".
Tankerin kapitanı Kumarın Hukun bu təklifinə də cavab vermədiyi deyilir.
ABŞ Dövlət Departamenti də kapitana pul təklif olunduğuna dair xəbərləri təsdiqləyib.