Türkiyə Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır. “Trend”in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Qərb Türkiyəyə Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsində kömək etməlidir: “Ya siz bizi təhlükəsizlik zonası məsələsində dəstəkləməlisiniz, ya da biz sərhəd keçidlərimizi açmaq məcburiyyətində qalacağıq. Ya siz bizə kömək edirsiniz, ya da heç kim atdığı addıma görə peşman olmamalıdır. Biz 1 milyon qaçqını təhlükəsizlik zonasında yerləşdirmək istərdik”.