"Türkiyə, Çin və Hindistan G-7 kimi daha geniş bir ölkələr qrupunun parçası ola bilər". baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Yaxın zamanda görüşdüyüm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, niyə Türkiyənin də G-7-yə qoşulması mövzusunu gündəmə gətirmədiyimi soruşdu. S-400 aldıqdan sonra Türkiyənin hava sahəsini etibarlı bir şəkildə qorunduğunu düşündükdə, beynəlxalq məsələlər və bölgədəki rolunu nəzərə aldıqda, Türkiyənin fəaliyyətinə belə bir formatda ehtiyac duyulacaq və bu yerində olacaq" – Putin bildirib.