“Facebook” xarici vətəndaşları izləmək üçün saxta hesablardan istifadə edən ABŞ Daxili Təhlükəsizlik Departamentinə xəbərdarlıq edib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə açıqlama verən şirkət sözçüsü ABŞ nazirliyinə hesabdan istifadə qaydaları barədə xəbərdar edib.
Nazirlik işçilərinin saxta hesabları, yaşıl kart, viza və ya vətəndaşlıqla bağlı müraciət edənləri yaxından təqib etmək üçün istifadə etdiyi bildirilir.
Sosial media saytı Facebook sözçüsü Sarah Pollak, “Associated Press”ə açıqlamasında, "Hər kəs kimi, təhlükəsizlik qüvvələri də Facebook-da əsl adlarından istifadə etməlidirlər" deyib.
Şirkət nümayəndəsi saxta hesablarla bağlı narahatlıqların rəsmi şəxslərə çatdırıldığını da qeyd edib.