ABŞ İranın Kosmik Agentliyinə və iki araşdırma institutuna qarşı sanksiya tətbiq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlәt Departamenti mәlumat yayıb.
Departamentin açıqlamasına әsasәn, sanksiyalar İran Kosmik Agentliyinə, İran Kosmik Tədqiqat Mərkəzi və Astronavtika Tədqiqat İnstitutuna tətbiq olunacaq.
“Dövlәt Departamenti İran Kosmik Agentliyi və iki tədqiqat institutunu sanksiya siyahısına salıb. Birləşmiş Ştatlar ballistik raket istehsalında roluna görə, ilk dəfə olaraq İranın mülki kosmik agentliyinə sanksiya tətbiq edib” – açılamada bildirilir.
Qeyd edilir ki, İranın kosmik araşdırmalar adı altında ballistik raket hazırlama fəaliyyətlərinə icazə verilməyəcək: “Bu sanksiyalar, İranın kosmik proqramda yer alaraq Tehranın nüvə silahı hazırlama fəaliyyətlərinə dəstək verən beynəlxalq elm adamlarına da bir xəbərdarlıqdır”.