“Su-35 və Su-57 döyüş təyyarələrinin satın alınması Türkiyə tərəfinə bağlı məsələdir”. Baki-xeber.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin köməkçisi Yuri Borisov deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 avqustda Moskvaya səfərindən sonra “Türkiyə Rusiyadan döyüş təyyarəsi alacaqmı” müzakirələrilə bağlı sualı cavablandıran Borisov Türkiyə xüsusilə Su-35 və Su-57-yə maraq göstərdiyini bildirib və qeyd edib ki, iki ölkə arasında ola biləcək anlaşmaya Ankara qərar verəcək.