İran nüvə anlaşması çərçivəsində verdikləri sözləri yerinə yetirmələri üçün Avropaya cümə axşamına qədər vaxt verib.
Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən İran xarici işlər Naziri Məhəmməd Zərif, Avropa ölkələri sözlərinə əməl etməyəcəkləri təqdirdə, cümə axşamı öhdəliklərə əməl etməməklə bağlı 3-cü mərhələnin işə düşəcəyini bildirib.
"İranın avropalılarla danışıqları davam edir. Əgər avropalılar cümə axşamına qədər lazımi addımları atmasalar 7 mayda deyildiyi kimi, 3-cü mərhələnin məzmununu məktubla onlara çatdıracağıq" - Zərif deyib.