Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə Husilərin əlində olan bir bölgədə həbsxananı vurub.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Zamar şəhərində husilərin əsirlərin saxladığı binanın hava hücumları zamanı vurulması nəticəsində 100-dən çox məhbus ölüb.
Çox sayda insanın yaralandığı bildirilir. Qeyd edilir ki, hələ də dağıntılar altında qala insanlar var.