Rusiya ABŞ-ın İdlib vilayətinin Maaret-Misrin və Kafər-Həya yaşayış məntəqələrinə avia zərbələr endirdiyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın Münaqişə Tərəflərinin Barışdırılması üzrə Mərkəzi ABŞ-ın avia zərbələri nəticəsində xeyli insanın öldüyünü və yaralandığını, dağıntıların olduğunu bildirib.
Mərkəzin məlumatına görə, avqustun 31-i səhər saat 6-dan etibarən Rusiya və Türkiyənin təşəbbüsü ilə Suriya ordusu birtərəfli qaydada İdlibdə atəşi dayandırdığını bəyan edib. Bu barədə münaqişənin bütün tərəfləri xəbərdar olunub. Ancaq elə həmin gün saat 15:00-da bölgə ABŞ-ın zərbələrinə tuş gəlib.
ABŞ İdlibə hücum haqda əvvəlcədən nə Rusiyanı, nə də Türkiyəni məlumaatlandırıb. Mərkəz bunun əvvəlki bütün razılaşmaların pozulmasına səbəb olduğunu bildirib. Qeyd edilir ki, ABŞ bölgədəki atəşkəsi də risqə atır.
Mərkəz qeyd edir ki, Amerika tərəfi zərbə zamanı ABŞ vətəndaşlarının təhlükəsizliyini təhdid edən "Əl-Qaidə qruplaşmasının Suriyadakı idarəetmə məntəqəsinin" məhv edildiyini bəyan edib.