Suriya rejimi avqustun 31-dən birtərəfli qaydada İdlibdəki gərginliyi azaltma bölgəsində atəşkəs elan edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bir az əvvəl Rusiya və İran qüvvələrinin dəstəyi ilə Bəşər Əsəd rejimi İdlibdə ətraf bölgələrə hücum edərək bəzi yerləri ələ keçirmişdi. Əsəd rejiminin hücumlarından sonra Türkiyənin Suriyadakı bəzi hərbi bazaları mühasirəyə düşmüşdü.
Üç gün əvvəl isə Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Moskvada bir araya gələrək İdlibdəki son vəziyyət də daxil olmaqla Suriyanı müzakirə etmişdi.
Bu götüşdən sonra isə Rusiya Müdafiə Nazirliyi Suriya rejiminin avqustun 31-dən etibarən İdlibdəki gərginliyi azaltma bölgəsində birtərəfli qaydada atəşkəs elan etdiyini bəyan edib. Nazirlik müxaliflərə də səslənərək atəşkəsi dəstəkləməyə çağırıb.