İran lideri Ayətullah Əli Xameneyinin ofisi ABŞ rəhbərliyi ilə danışıqlara hazır olduğunu bildirdiyinə görə dolayı yolla prezident Həsən Ruhaniyə xəbərdarlıq edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Xameneinin ofisi tərəfindən yayımlanan, həftəlik " Hizbullah qaynar xətti" jurnalı yeni sayında prezident Ruhaninin, sanksiyalar ləğv ediləcəyi təqdirdə ABŞ prezidenti Donald Trampla danışıqlar aparmağa hazır olduğuna dair açıqlamasına geniş yer verib.
Dərginin üz qapağında İran lideri Xameneyinin, keçən il avqustun 29-da Nazirlər Kabinetinin üzvlərini qəbul edərkən etdiyi çıxışdan "ABŞ-la danışıqlar qəti qadağandır. Yalnız prezident üçün deyil, xarici işlər naziri və Xarici İşlər Nazirliyi üçün də qadağandır", - sözləri verilib.
Dərginin digər səhifələrində də Xameneyinin ABŞ-la danışıqlar barədə hökumətə xəbərdarlıqları xatırladılır.