"S-400 proqramından tamamilə çıxıb, S-400-ləri də ölkə xaricinə çıxarırlarsa Türkiyənin təkrar F-35 proqramına qəbul edilməsinə baxa bilərik. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Mark Esper Pentaqonda ABŞ Baş qərargah rəisi general Cozef Dunfordla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Türkiyə S-400 məsələsində geri addım atıb S-400-ləri anbara qoyarsa onları təkrar F-35 proqramına daxil etməyi dəyərləndirə bilərsinizmi?" sualına cavab verən Esper deyib: "Xeyr, bu mənim kitabımda yoxdur. Mən bu mövzuda həm ictimaiyyətə, həm də türk həmkarımla açıqlamamda açıq olmuşam. Bu ya S-400, ya da F-35 olmalıdır, ikisi bir arada və ya biri anbarda digəri bayırda şəkilində olmaz. Ya biri və ya digəri. Bu nöqtədəyik. Talehsiz bir vəziyyətdir, təbii, amma dediyim kimi Türkiyə uzun dövrlü böyük bir ortaq və müttəfiqdir və onların bizim dediyimiz istiqamətə doğru geri qayıdacaqlarını ümid edirəm. Amma fərqli bir istiqamətə getdikləri görünür".
ABŞ müdafiə naziri Türkiyənin F-35 proqramına təkrar qəbul edilməsi üçün S-400-lərin ölkədən çıxarılmalı olduğunu deyir: "Bunun üçün S-400 proqramından tamamilə çıxacaqlar və onları (S-400-ləri) ölkə xaricinə çıxaracaqlar. O zaman bunu dəyərləndirə bilərik".